Nigeriyada terrorçu-kamikadze özünü partlatdı: 4 ölü

Nigeriyanın Borno ştatında bazarda terrorçu-kamikadze özünü partladıb.

 

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə,  nəticədə  4 nəfər ölüb.

 

İlkin məlumata görə, partlayışı törədənin əsas hədəfi hüquq-mühafizə orqanlarının əməkdaşları olub. İnsident bazarın girişində dayanan patrul avtomobilləri önündə qeydə alınlb .

 

Qeyd edək ki, bir neçə gün əvvəl Nigeriyanın Sabon Qari şəhərində bazarda törədilmiş partlayış nəticəsində 47 nəfər həlak olub.

LENT

26 Aprel 2019

Digər xəbərlər >>>