Axtarışa verilən 2 azərbaycanlı Pakistanda tutuldu

Pakistandan 10 xarici vətəndaş deportasiya ediləcək.  Lent.az-ın  report.az-a istinadən məlumatına görə,  bu barədə ölkənin daxili işlər naziri Çaundri Nisar bildirib. 

Nazirin sözlərinə görə, ölkədən çıxarılacaq şəxslər arasında Azərbaycan və Özbəkistan vətəndaşları da var.

Onlardan ikisi müxtəlif işlərlə bağlı Azərbaycan hökuməti tərəfindən "İnterpol" xəttilə axtarışdadır.

Qeyd edək ki, bir müddət əvvəl Pakistan DİN Qana, Nigeriya və Qırğız Respublikası vətəndaşlarını ölkədən deportasiya edib. 

 

LENT

22 Mart 2019
21 Mart 2019

Digər xəbərlər >>>