Melo "Qalatasaray"da qaldı

“Qalatasaray” futbolçusu Felipe Melo ilə müqaviləsini yenidən uzadıb. Lent.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “sarı-qırmızılar” braziliyalı futbolçu ilə yenidən 3 illik sözləşmə imzalayıb. Müqaviləyə əsasən, "Cimbom" Felipe Meloya illik 2 milyon 600 min avro, hər oyun sonrası isə 20 min avro ödəməli olacaq.

 

İmzalanan müqavilədə braziliyalı yarımmüdafiəçinin 30-dan çox rəsmi oyunda iştirakına görə əlavə olaraq 250 min avro da bonus alacağı bildirilib. 

LENT

26 Aprel 2019

Digər xəbərlər >>>