Lənkəranda evə basqın: bir ailənin 4 üzvü bıçaqlandı

Yaralıların dördü də dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib

Lənkəranda quldurluq hadisəsi baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə avqustun 13-də gecə saatlarında şəhər ərazisində qeydə alınıb. Adları hələlik açıqlanmayan şəxslər şəhər sakini 1967-ci il təvəllüdlü Firdovsi Mirzə oğlu Əhmədovun evinə basqın edərək, ona, oğlu, 1993-cü il təvəllüdlü Qalib Əhmədzadəyə, qızı, 1995-ci il təvəllüdlü Rəmziyyə Əhmədzadəyə və yeznəsi, Gəncə şəhər sakini, 1995-ci il təvəllüdlü Uğur Ələddin Oğlu Əliyevə bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər.

 

Yaralıların dördü də dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hazırda onlara həkimlər tərəfindən zəruri tibbi yardımlar göstərilir.

 

Faktla bağlı araşdırma aparılır.

LENT

22 Mart 2019
21 Mart 2019

Digər xəbərlər >>>