İsveçrə İrana qarşı sanksiyaları aradan götürür

İsveçrə hökuməti avqustun 13-dən etibarən İrana qarşı sanksiyaları aradan qaldırılması barədə qərar verib.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, İsveçrə hökumətinin yaydığı rəsmi bəyanatda belə deyilir.

 

“Federal Şura ümid edir ki, atılan addım nüvə razılaşmasının həyata keçirilməsinə dəstək kimi qiymətləndiriləcək”, bəyanatda bildirilir.

 

Sənəddə həmçinin qeyd olunur ki, İsveçrə İranla ikitərəfli münasibətlərin genişləndirilməsində maraqlıdır.

 

Qeyd edək ki, İsveçrə 2014-cü ilin yanvarından etibarən İrana qarşı sanksiyaları dayandırmışdı.

LENT

22 Mart 2019
21 Mart 2019

Digər xəbərlər >>>