Yük maşını 21 yaşlı qadını vurub

Göygöl rayonunda piyadanın vurulması ilə nəticələnən  yol-nəqliyyat hadisəsi baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb. Göygöl rayon sakini Binəli Tapışanov idarə etdiyi “KamAZ” markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən Astara rayon sakini, 1994-cü il təvəllüdlü Aytac Abdullayevi vurub. Ağır bədən xəsarətləri alan 21 yaşlı qadın Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

 

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.

LENT

22 Mart 2019
21 Mart 2019

Digər xəbərlər >>>