Salyanda yol qəzasında ölən şəxs Fəzail Ağamalının köməkçisi imiş - YENİLƏNİB

Milli Məclisinin deputatı Fəzail Ağamalı köməkçisinin baş verən qazəda öldüyünü təsqiləyib. Bu barədə APA-ya məlumat verən deputat Fəzail Ağamalı bildirib ki, onun köməkçisi Həsənbala Həsənovun idarə etdiyi “Opel” markalı maşın yük avtomobili ilə toqquşub. Nəticədə köməkçisi aldığı xəsarətdən dünyasını dəyişib. 

 

***

13:58

 

 

Sosial şəbəkələrdə yayılan məlumata görə, qəzada ölən şəxs Azərbaycan parlamentinin üzvü, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının köməkçisidir. 

 

**

 

12:22

 

Azərbaycanın Salyan rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

 

Şahidlərin APA-ya verdiyi məlumata görə, hadisə rayonun Xıdırlı kəndi ərazisində qeydə alınıb. “Opel” markalı minik avtomobili qarpız daşıyan “QAZel” markalı yük maşını ilə toqquşub. Zərbənin təsirindən yük maşını aşıb, içindəki qarpızlar yola tökülüb.

 

Qəza nəticəsində minik avtomobilinin sürücüsü ölüb. Sərnişinlərindən bir qadın və bir uşaq olmaqla iki nəfər ağır xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

 

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya bildirilib ki, hazırda polis əməkdaşları hadisə yerində araşdırma aparır. Qəza nəticəsində ölən və yaralananların olub-olmaması barədə araşdırmalar başa çatandan sonra məlumat veriləcək.

 

Faktla bağlı araşdırma aparılır.

 

LENT

26 Aprel 2019

Digər xəbərlər >>>