Ermənistan Gürcüstan vətəndaşı olan azərbaycanlını həbs edib

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Faxralı kəndində yaşayan, 35 yaşlı  Turqay Lətif oğlu Mikayılov yolu azaraq Ermənistan tərəfə keçib.

 

Turqay Mikayılovun qohumu Bahar Mikayılova APA-ya açıqlamasında deyib ki, hadisə iyulun 23-də baş verib: “Hadisə Dmanisinin Yırğançay kəndinin yaxınlığında,  Faxralı sakinlərinə məxsus yaylaqda baş verib. Turqay həmin ərazidə çobanlıq edib və siqaret almaq üçün dağdan enərkən,  yolu azaraq Ermənistanın Cücə kəndinə gedib. Həmin kənd sakinləri onu saxlayaraq, Ermənistan sərhədçilərinə təhvil veriblər. Onlar isə Turqayı Yerevana aparıblar. Turqay artıq 17 gündür ki, Ermənistanda həbsxanada saxlanılır".

 

B. Mikayılova deyib ki, T. Mikayılov ailəsi ilə bir dəfə danışıb və Yerevanda ona 2 ay saxlanılacağını dediklərini bildirib.

 

T. Mikayılovun ailəsi hadisə ilə bağlı Gürcüstanın hüquq-müdafiə orqanlarını məlumatlandırıblar.  Hüquq-mühafizə orqanlarından ailəyə T. Mikayılovun qaytarılması üçün danışıq aparıldığı bildirilib.

LENT

26 Aprel 2019

Digər xəbərlər >>>