Tanınmış türk aktrisa dünyasını dəyişdi

1960-cı illərin tanınmış müğənnisi və aktrisası Gönül Ceylan Ece 79 yaşında vəfat edib. 
 
 
Axşam.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, aktrisanın Bodrumda tək yaşadığı evində qəfil halı pisləşib. Telefonla zəng edərək, qonşularından kömək istəyən mərhum xəstəxanaya yerləşdirilib. 
 
 
Həkimlərin müdaxiləsinə baxmayaraq, Ceylan Ece oksigen çatışmazlığından dünyasını dəyişib. 
 
 
Mərhumun nəşi sabah xəstəxanadan götürülərək, yaxınları tərəfindən İstanbula aparılıb, orada dəfn olunacaq.

LENT

26 Aprel 2019

Digər xəbərlər >>>