Sizin link burada

Türkiyə İŞİD-ə qarşı hərbi əməliyyatlara başlayır

Hava əməliyyatları koalisiya qüvvələri ilə birlikdə aparılmalıdır

“Yaxın vaxtlarda Türkiyə Silahlı Qüvvələrinin İŞİD-ə qarşı geniş miqyaslı hərbi əməliyyata başlayacağı gözlənilir”.

 

APA-nın “Milliyət” qəzetinə istinadən verdiyi xəbərə görə, bunu İŞİD-ə qarşı koalisiyaya üzv olan ölkələrdən birinin adı açıqlanmayan nümayəndəsi deyib.

 

Ankaradakı nümayəndə bildirib ki, əvvəllər Türkiyənin təkbaşına İŞİD-in mövqelərinə hava zərbələri endirməsini istəməyiblər: “Hava əməliyyatları koalisiya qüvvələri ilə birlikdə aparılmalıdır”.

 

Türkiyənin İŞİD-ə qarşı həyata keçirdiyi hava əməliyyatlarının davam etdiriləcəyini vurğulayan nümayəndə qeyd edib ki, Türkiyə hərbi əməliyyatlar vaxtı ərazisindəki bir neçə hərbi bazanın istifadə olunmasını təklif edib.

 

Nümayəndə PKK-nı terror təşkilatı kimi tanıdıqlarını da bəyan edib.

LENT

22 Aprel 2018
21 Aprel 2018

Digər xəbərlər >>>