55 yaşlı kişini döyüb 1650 dollar aldılar

Bakıda soyğunçuluq hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, polisə müraciət edən 1960-c il təvəllüdlü Nağıyev Eldar Mərahim oğlu bildirib ki, Badamdar qəsəbəsində tanımadığı şəxslər ona hücum ediblər və xəsarət yetiriblər. Həmin şəxslər E.Nağıyevin üzərindəki 1650 dolları götürərək uzaqlaşıblar.

 

Müraciət əsasında araşdırma aparılır.    

LENT

26 Aprel 2019

Digər xəbərlər >>>