Sizin link burada

Qızıl xaç nümayəndələri Azərbaycana könüllü təslim olmuş erməni əsgərə baş çəkib

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin əməkdaşları martın 22-də təmas xəttini keçən erməni hərbçiyə baş çəkib.

BQXK-nin Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya bildirib ki, başçəkmə avqustun 4-də olub. Erməni hərbçiyə ailə məlumatları çatdırılıb və ondan ailəsi üçün məlumat alınıb.  

İ. Hüseynova həmçinin qeyd edib ki, BXQK mandatına uyğun olaraq saxlanılan şəxslərə ona görə baş çəkir ki, onların saxlanma şəraitini və onlarla davranışı monitorinq etsin və bu insanların ailələri ilə əlaqə saxlamasına yardımçı olsun.

Qeyd edək ki, martın 22-də 1991-ci ildə Xocavənd rayonunda anadan olmuş, Ermənistan Silahlı Qüvvələrinin hərbçisi, müqavilə əsasında hərbi xidmət keçən hərbi qulluqçu Andranik Araratoviç Qriqoryan öz hərbi hissəsini tərk edərək könüllü surətdə Azərbaycan tərəfinə təslim olub.

 

LENT

18 Oktyabr 2017
17 Oktyabr 2017

Digər xəbərlər >>>