"Şeyx Sənan" əsəri ilk dəfə gürcü dilində tamaşaya qoyulacaq

Hüseyn Cavidin "Şeyx Sənan" əsəri ilk dəfə gürcü dilində səhnəyə qoyulacaq. 

 

Lent.az-ın Mədəniyyət və Turizm Nazirliyinin saytına istinadən məlumatına görə,

, Akademik Milli Dram Teatrı və Gürcüstanın K. Marcanişvili adına Akademik Dram Teatrı bununla bağlı birgə layihə hazırlayır.

 

H. Cavidin "Şeyx Sənan" faciəsi hər iki teatrda Azərbaycan və gürcü dilində tamaşaya qoyulacaq. Tamaşa Gürcüstan və Azərbaycan teatrlarının birgə layihəsi olacaq. 
 

Layihə çərçivəsində "Şeyx Sənan" faciəsinin ilk nümayişi Bakıda, sonra isə Tbilisidə gerçəkləşəcək. Əsərdə birinci hissədə hadisələr Bakıda, ikinci hissədə isə Tbilisidə baş verir. Ona görə də birinci hissə Azərbaycan dilində, ikinci hissə isə gürcü dilində oynanılacaq.

LENT

22 Mart 2019
21 Mart 2019

Digər xəbərlər >>>