Britaniya səfiri Astarada - FOTO

Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq ölkəmizin cənub bölgəsinə səfəri çərçivəsində avqustun 6-da Astara rayonunda olub. APA-nın cənub bürosunun xəbərinə görə, xarici diplomatı qəbul edən  Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev onu rayonun təbiəti, turizm potensialı, iqtisadiyyatı, əhalinin məşğuliyyəti barədə məlumatlandırıb, maraqlandıran suallarını cavablandırıb.

 

Səfir İrfan Siddiq səmimi qəbul və görüşə görə icra başçısı Q.Ağayevə təşəkkür edərək, Astara rayonunun füsunkar təbiətinə, şəhərin abadlığına heyranlığını bildirib, həmçinin yerli əhalinin qonaqpərvərliyini yüksək dəyərləndirib.

 

Rəsmi qonaq görüşdən sonra Astara şəhərinin dəniz sahilində salınmış park-bulvar ərazisinə baş çəkib, rayonun Çayoba kəndində yeni istifadəyə verilmiş çay emalı fabrikinin iş və istehsal prosesi ilə yaxından tanış olub.

LENT

22 Mart 2019
21 Mart 2019

Digər xəbərlər >>>