UEFA "Qəbələ"nin keçmiş rəqibini cərimələdi

Avropa Liqasının I təsnifat mərhələsində “Qəbələ” ilə qarşılaşan Tiflis “Dinamo”su cəzalanıb. Apasport.az saytının məlumatına görə, UEFA iyulun 2-də Gürcüstanın paytaxtındakı Boris Payçadze adına “Dinamo-Arena”da baş verənlərlə bağlı qərarı təxminən bir ay sonra verib.

 

Qitə futbol qurumu oyunun gedişində azarkeşlərin hərəkətlərini müzakirə edərək, “Dinamo”nu bir oyunluq cəzalandırıb. Tiflis təmsilçisi UEFA bayrağı altında növbəti matçını azarkeşsiz keçirməli olacaq.

 

Bundan başqa, “Dinamo” 20 min avro cərimə də ödəməlidi.

 

Qeyd edək ki, Tiflisdəki görüşdə meydan sahibləri 2:1 hesabı ilə qalib gəlib.

LENT

22 Mart 2019
21 Mart 2019

Digər xəbərlər >>>