Xəzərdə Azərbaycan-Rusiya-Qazaxıstan və Azərbaycan-Rusiya təlimləri keçiriləcək

Rusiya Hərbi Dəniz Donanması ilin sonunadək Xəzər dənizində iki beynəlxalq təlim keçirəcək.

 

APA-nın RİA "Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Hərbi-Dəniz Donanmasının komandanı, admiral Viktor Çirkov deyib.

 

Onun sözlərinə görə, sözügedən təlimlərdə Rusiya ilə yanaşı Azərbaycan və Qazaxıstanın hərbi-dəniz qüvvələri iştirak edəcək.

 

Qeyd edək ki, avqustun 3-dən 11-dək Xəzər dənizində “Xəzər Kuboku 2015” və “Xəzər derbisi 2015” donanma müsabiqələri keçirilir. Müsabiqələrdə Azərbaycan hərbi-dəniz qüvvələri də iştirak edir.

LENT

26 Aprel 2019

Digər xəbərlər >>>