Sizin link burada

Horadiz və Lənkəranda gənc sərhədçilər and içib

 

Dövlət Sərhəd Xidmətinin “Horadiz” və “Lənkəran” sərhəd dəstələrində iyulun 31-də  gənc əsgərlərin andiçmə mərasimləri keçirilib.

Xidmətdən Lent.az-a verilən məlumata görə,  gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra Döv­lət­ Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı gene­ral-polkovnik  Elçin Quliyevin təbriki şəxsi heyətə çatdırılıb. Tədbirlərdə çıxış edənlər 13-cü ildönümü qeyd olunan Dövlət Sərhəd Xidmətinin sırala­rı­na qatılmaları münasibətilə gənc əsgərləri təbrik ediblər.

Milli sərhəd strategiyasının təməlini qoyan  Heydər Əliyevin dövlət sərhədlərimizin qorunmasına xüsusi diqqət yetirərək Dövlət Sərhəd Xidmətinin yaradılması barədə tarixi qərarının ölkəmizin sərhəd mühafizəsi tarixində yeni mərhələnin başlanğıcı olduğu, Silahlı Qüvvələrin Ali Baş Komandanı  İlham Əliyevin ali diqqət və qayğısı sayəsində ölkəmizin sərhəd mühafizəsinin ən müasir tələblər səviy­yəsinə qaldırıldığı, dövlət sərhədlərimizin toxunulmazlığının təmin olunması istiqamətində davamlı dinamik inkişafa nail olunduğu çıxış­lar­da xüsusi qeyd edilib.

Gənc əsgərlərin valideynləri yaradılmış şəraitə görə ölkə rəhbər­li­yi­nə minnətdarlıqlarını bildirib, öz övladlarını təbrik edərək və­tən­ sər­həd­­lərinin keşiyində ayıq-sayıq dayanmağı tövsiyə ediblər.

Tədbirlər gənc əsgərlərin tribuna önündən təntənəli marşla keçid­lə­ri ilə başa çatıb.

 

 

LENT

23 Oktyabr 2017
22 Oktyabr 2017

Digər xəbərlər >>>