Sizin link burada

Suriyada hərbi təyyarə yerə çırpıldı: 35 ölü - YENİLƏNİB

Suriyada Əsəd qüvvələrinəaid hərbi təyyarənin İqlib şəhərinin Eriha rayonunda yerə çırpılması nəticəsində ölənlərin sayı 35-ə çatıb. Lent.az-ın məlumatına görə, dəhşətli olay nəticəsində yaralıların sayı da xeyli artıb və 120-yə çatıb.

 

Bildirilir ki, təyyarənin düşdüyü ərazi Əsəd qüvvələrinin güclü hücumuna məruz qalıb.

 

Hazırda müxalif  qüvvələr hərbi təyyarənin üstünə düşdüyü 6 binanın altında axtarış aparmaqla yanaşı, Əsəd qüvvələrinə qarşı da müqavimət göstərirlər.

 

 

*****

 

14:56

 

Suriyanın Türkiyəylə sərhəd ərazisində Suriyaya məxsus hərbi təyyarə partlayıb. Lent.az-ın “Royters”ə istinadən xəbərinə görə, hadisə nəticəsində 12 nəfər ölüb.

 

Hərbi təyyarənin yerə çırpılması nəticəsində xeyli sayda insan isə yaralanıb. Bu barədə xəbəri agentliyə Əsədə qarşı müxalif olan qüvvələr verib.

 

LENT

19 Noyabr 2017
18 Noyabr 2017

Digər xəbərlər >>>