Sizin link burada

İki çənəsi, üç dili olan buzov doğulub - AZƏRBAYCANDA

Heyvanın qidalanması təsərrüfat sahibinin köməkliyi ilə həyata keçirilir

 

Şirvan şəhərində anormal buzov doğulub. 

 

Buzovun 2 çənəsi və 3 dili var.

 

Lent.az-ın məlumatına görə, Şirvan şəhərində yaşayan fərdi təsərrüfat sahibi Arif Cabbarov deyib ki, ona məxsus təsərrüfatda doğulan buzov rahat şəkildə hərəkət edir və digər buzovlardan yalnız ağız quruluşuna görə fərqlənir.

 

 

Uzun illərdir, mal-qara saxlayan Arif Cabbarov ilk dəfədir ki, bu halla rastlaşır. Yeni doğulan buzovun iki çənəsi və ağzında 3 dili var. Onun qidalanması isə təsərrüfat sahibinin köməkliyi ilə həyata keçirilir.

 

Mütəxəssislər bildirir ki, belə hallara tez-tez rast gəlinir. Buna  ekologiya, zəhərli qidalar (misal üçün pestisid və herbisidlər) və  genetik anomaliya səbəb ola bilər.

LENT

23 Oktyabr 2017
22 Oktyabr 2017

Digər xəbərlər >>>