Sizin link burada

Qırğızıstanda məhv edilən İŞİD terrorçuları Rusiya aviabazasını partlatmaq istəyirmiş

Bişkekdə məhv edilmiş terrorçular Rusiyanın “Kant” aviabazasında partlayış törətməyi planlaşdırıblar. APA-nın məlumatına görə, bu barədə “İnterfaks” Qırğızıstan Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidmətinə istinadən məlumat yayıb.   

 

“Müəyyən edilib ki, qeyd olunan gizli terror qruplaşması iyulun 17 də Ramazan bayramı günü  əhalinin gur olduğu yerlərdə və Rusiya Müdafiə Nazirliyinin Kant şəhərindəki aviasiya bazasında terror aktları törətməyi planlaşdırıb”, deyə məlumatda bildirilir.

 

Hüquq-mühafizə orqanlarının məlumatına görə, Qazaxıstan vətəndaşı Canpolad Əmirovun rəhbəri olduğu qruplaşma İŞİD terror təşkilatının üzvü olub.

 

Qeyd edək ki, Bişkekdə iyulun 16-da keçirilmiş antiterror əməliyyatı zamanı 4 silahlı məhv edilib, daha 7-si isə saxlanılıb.  

LENT

23 May 2018
22 May 2018

Digər xəbərlər >>>