Sizin link burada

Suriyada döyüşən azərbaycanlının işi APELLYASİYA MƏHKƏMƏSİNDƏ

Bakı Apellyasiya Məhkəməsində Suriyada Bəşər Əsədə qarşı qanunsuz silahlı birləşmələrdə döyüşməkdə təqsirli bilinən Elxan Mustafayevin apellyasiya şikayəti üzrə məhkəmə prosesinə start verilib. Lent.az-ın məlumatına görə, hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları apellyasiya şikayətinin dəlilləri müəyyən edilib.  Məhkəmə baxışı iyulun 28-nə təyin edilib. 

 

Qeyd edək ki,  Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə və digər hüquqazidd əməllərin törədilməsində şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşı – Elxan Mustafayev tutulub. Müəyyən edilib ki, Elxan Mustafayev 2014-cü ildə qeyri-qanuni yolla Suriya Ərəb Respublikasının ərazisinə gedərək, orada həmin ölkənin və Azərbaycan Respublikasının qanunvericilikləri ilə nəzərdə tutulmayan qanunsuz silahlı birləşmələrin tərkibində radikal dini və hərbi təlimlər keçib, müxtəlif növ odlu silahdan istifadə qaydalarını öyrənib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elxan Mustafayev 13 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Elxan Mustafayev apelyasiya şikayəti verib və barəsində bəraət hökmünün çıxarılmasını istəyib

LENT

23 Oktyabr 2017
22 Oktyabr 2017

Digər xəbərlər >>>