Sizin link burada

Bu il Azərbaycanda baş verən yol qəzalarında neçə adam ölüb? - STATİSTİKA

İlk 6 ayda 1045 yol-nəqliyyat hadisəsi qeydə alınıb

 

 

Onlardan 34-ü uşaqdır

 

Ölkə ərazisində bu il baş verən qəzalarda 34 uşaq ölüb.

 

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyevin APA-ya verdiyi məlumata görə, cari ilin ilk 6 ayında respublika ərazisində 1045 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 407 nəfər ölüb, 1117 nəfər xəsarət alıb.

 

Ötən ilin müvafiq  dövrü ilə müqayisədə 171 hadisə, 105 ölüm faktı, 117 xəsarət faktı azalıb.

 

Hesabat dövründə 408 piyadaların vurulması ilə nəticələn yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 143 nəfər ölüb, 313 nəfər xəsarət alıb.

 

K. Əliyev qeyd edib ki, hesabat dövründə baş verən qəzalarda ölənlərin 34-ü, yaralananların isə 99 nəfəri azyaşlıdır.

LENT

19 Noyabr 2017
18 Noyabr 2017

Digər xəbərlər >>>