Sizin link burada

Rusiya Müdafiə Nazirliyi: Kazarmanın uçması nəticəsində 23 nəfər ölüb - YENİLƏNİB

   

Dağıntılar altından 42 nəfər çıxarılıb, onlardan 23-ü ölü olub

 

Omskda kazarmanın uçması nəticəsində 23 hərbçi ölüb.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Müdafiə Nazirliyindən bildiriblər.

 

Dağıntılar altından 42 nəfər çıxarılıb, onlardan 23-ü ölü olub.

 

**

11:50

13 yaralı xüsusi təyyarə ilə Moskvaya yola salınacaq

 

Omskda Hərbi Desant Qoşunlarının kazarmasının uçması nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb.

 

APA-nın “LifeNews”a istinadən verdiyi məlumata görə, bu barədə xilasedici fəaliyyətlə məşğul olan strukturlardakı mənbədən bildiriblər.

 

Rusiya Müdafiə Nazirliyi isə rəsmən 13 hərbçinin öldüyünü təsdiqləyib.

 

Dağıntılar altından 32 nəfərin çıxarıldığı bildirilir. Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib ki, 19 yaralı xəstəxanaya çatdırılıb. Daha 3 nəfər təlim mərkəzində müalicə alır.

 

Konaşenkov qeyd edib ki, yaxın saatlarda 13 yaralı xüsusi təyyarə ilə Moskvaya yola salınacaq.  

 

**

10:05

Daha 19 nəfər xəstəxanadadır

 

Rusiyanın Omsk şəhərində Hərbi Desant Qoşunlarının kazarması uçub. APA-nın RİA "Novosti"yə istinadən verdiyi məlumata görə, hadisə iyulun 12-də axşam saatlarına baş verib.

 

Rusiya Müdafiə Nazirliyindən bildirilib ki, hadisə nəticəsində 12 nəfər həlak olub, daha 19 nəfər xəstəxanadadır.

 

"13 iyul səhərə olan məlumata görə, dağıntılar altından 31 nəfər çıxarılıb. Onlardan 12-si ölüb, 19-u xəstəxanadadır", - deyə MN rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib.

 

Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin "Səhlənkarlıq" maddəsinin üç hissəsi üzrə cinayət işi başlanıb. Hadisə yerində müstəntiqlər, həmçinin Baş Hərbi Prokurorluğun əməkdaşları işləyirlər.

LENT

22 Noyabr 2017

Digər xəbərlər >>>