Sizin link burada

Arda Turan "Barselona" ilə müqavilə imzaladı

Arda Turanın “Barselona”ya transferi rəsmiləşib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, türkiyəli yarımmüdafiəçi bu gün yeni komandası ilə müqavilə imzalayıb. 

 

“Nou Kamp”da "Barsa" ilə 5 illik müqaviləyə imza atan sabiq “Atletiko”lu oyunçu daha sonra jurnalistlərin suallarını cavablandırıb: “Barselona” mənim uşaqlıq arzum olub. Futbola hələ yeni başlayanda bu komandaya simpatiyam var idi. İndi isə dünyanın ən güclü komandasının formasını geyinəcəm. Luis Enrike kimi məşqçinin rəhbərliyi altında, Messi, Neymar, Suares, İnyesta kimi ulduz futbolçularla çiyin-çiyinə oynayacağım üçün çox həyəcanlıyam. Özümə güvənirəm və bu komandada yer tapacağıma inanıram”. 

 

28 yaşlı futbolçu bir qədər sonra “Nou Kamp” stadionunda “Barselona” forması ilə azarkeşlərin önünə çıxacaq.

 

Qeyd edək ki, “Barselona” Ardanı “Atletiko”dan 41 milyon avroya transfer edib

LENT

20 İyun 2018
19 İyun 2018

Digər xəbərlər >>>