Sizin link burada

“Nənələr” qrupunun üzvlərindən biri dünyasını dəyişdi

 

“Nənələr” folklor qrupunun üzvlərindən biri dünyasını dəyişdi

 

Lənkəran rayonunun Separadi kəndində fəaliyyət göstərən məşhur “Nənələr” folklor qrupunun üzvü Xanbibi Əzimova bu gün 79 yaşında dünyasını dəyişib.


 

 APA-nın cənub bürosunun məlumatına görə, mərhum kənd qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, “Nənələr” folklor qrupu 1970-ci ildə yaradılıb. Qrup 1997-ci ilə kimi “Bacılar” adı ilə fəaliyyət göstərib. Repertuarında Azərbaycan və talış dillərində 100-dən çox bayatı və el nəğməsi olan 6 nəfərlik kollektivin mahnı və rəqslərimizin qorunub saxlanmasında, onların gələcək nəsillərə çatdırılmasında  xidmətləri olub.

 

LENT

22 Noyabr 2017
21 Noyabr 2017

Digər xəbərlər >>>