Sizin link burada

SOCAR Rumıniyada hər il 10 yanacaqdoldurma məntəqəsi açacaq

 

 

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) yaxın 2-3 il ərzində Rumıniyada yanacaqdoldurma məntəqələri (YDM) şəbəkəsini genişləndirmək üçün 50 mln. avro investisiya yatıracaq.

 

"APA-Economics"in məlumata görə, bunu SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov bildirib.

 

Onun sözlərinə görə, SOCAR indiyədək Rumıniya iqtisadiyyatına 50 mln. avro yatırıb: "Hazırda SOCAR brendi altına Rumıniyada 32 ədəd YDM fəaliyyət göstərir. Bu ilin sonuna qədər Rumıniyada daha 3-4 YDM açacağıq. Gələn il ərzində isə daha 10 ədəd YDM-in açılması nəzərdə tutulur. Bu tendensiyanı 3-4 il müddətində davam etdirəcəyik. Bununla da, hər il ümumilikdə 10 YDM fəaliyyətə başlayacaq".

 

SOCAR rəsmisi qeyd edib ki, şirkət yerli bazarda böyük oyunçuya çevrilmək niyyətində deyil, ancaq YDM şaxələndirməsini davam etdirəcək.

LENT

19 Fevral 2018
18 Fevral 2018
17 Fevral 2018

Digər xəbərlər >>>