Sizin link burada

Bakı-2015: 4 boksçumuz həlledici görüşə çıxacaq

Bu gün Bakı-2015 I Avropa Oyunlarında boks yarışlarına yekun vurulacaq.

Apasport.az saytının məlumatına görə, son yarış günündə daha 5 çəki dərəcəsində final qarşılaşması keçiriləcək.

 

Bu çəkilərin 4-də Azərbaycan boksçusu həlledici görüşünə çıxacaq. Onlar yığmamızın aktivində olan medalların əyarını yaxşılaşdırmağa çalışacaqlar.

 

Boks

27 iyun

 

Kişilər

60 kq

Finala qədər bütün rəqiblərini 3:0 hesabı ilə üstələyən Albert Səlimov həlledici görüşdə təcrübə baxımından ondan geri qalan Sofian Oumina ilə döyüşəcək. Rio Olimpiadasına lisenziyanı təmin edən Səlimov özündən 9 yaş kiçik olan fransalı ilə görüşə saat 18:15-də çıxacaq.

 

69 kq

Gənclər arasında qitə çempionu olan Pərviz Bağırov Avropa Oyunlarının qızıl medalına yiyələnmək üçün finalda rusiyalı Aleksandr Besputinə qalib gəlməyə çalışacaq. Gənc boksçumuzun döyüş saat 18:45-ə təsadüf edəcək.

 

75 kq

Bu çəkidə ölkəmizi təmsil edən Xaybula Musalovu finalda çətin sınaq gözləyir. İdmançımız gənclər arasında bir neçə mükafata nail olmuş 22 yaşlı Maykl O Reylli ilə üz-üzə gələcək. Xaybula irlandiyalıya qarşı 19:15-də rinqə çıxacaq.

 

91 kq

İnamlı qələbələrlə finala qədər irəliləyən Abdulqadir Abdullayev üçün həlledici görüş prinsipial olacaq. O, Ukraynanı təmsil edən erməni əsilli Qevorq Manukyanla döyüşəcək. Abdullayevin görüşü 19:45-də baş tutacaq.

 

Qeyd edək ki, boks yığmamızın aktivində 3 qızıl, 3 bürünc medal var. Komandamızın üzvlərindən Elvin Məmişzadə (52 kq), Lorenzo Sotomayor (64 kq) və Teymur Məmmədov (81) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb, Tayfur Əliyev (56 kq), Məhəmmədrəsul Məcidov (+91 kq) və Anna Əlimərdanova (54 kq) 3-cü yeri tutub.

LENT

23 Oktyabr 2017
22 Oktyabr 2017

Digər xəbərlər >>>