Sizin link burada

445 manata traktor, 3778 manata "Mercedes" BAKIDA HƏRRAC - SİYAHI

Əmlak Məsələləri Dövlət Komitəsi iyulun 21-də hərraca çıxarılacaq nəqliyyat vasitələrinin siyahısını açıqlayıb. Lent.az avtosfer.az-a istinadən xəbər verir ki, iyulun 21-də keçiriləcək hərraca 24 ədəd avtomobil çıxarılacaq. Hərracda ən köhnə avtomobil 1987-ci il istehsalı olan «Traktor T-40»  445 manata, ən yeni avtomobil (2005-ci il istehsalı) «QAZ-31105-120» isə 1784 manata auksiona çıxarılacaq.

Bundan əlavə, 1993-cü il istehsalı olan «Mercedes Benz E 320» start qiyməti 3778 manat, 1998-ci il istehsalı olan «Nissan Maxima» 1463 manata hərraca çıxarılacaq.

Qeyd edək ki, hərracda «Traktor MTZ-80», «ZİL-MMZ»  və «QAZ» markalı avtomobillərin müxtəlif növləri də yer alacaq.

Xatırladaq ki, «Nissan Maxima» 5-ci dəfə 50% endirimlə hərraca çıxarılacaq.

Məlumat üçün bildirək ki, Bakının avtomobil bazarında 1998-ci il istehsalı olan «Nissan Maxima»nın  qiyməti 2 500 dollar və ya 2 620 manatdır.

LENT

28 May 2018
27 May 2018

Digər xəbərlər >>>