Avropa oyunlarının məşəli Beyləqan və Yeni Xocavənddə

Mayın 9-da məşəl estafetini Beyləqan rayonu qəbul edib. Lent.az-ın verdiyi xəbərə görə, günorta saatlarında məşəl estafeti magistral küçəsində başlamaqla, 31 Mart – Azərbaycanlıların soyqırımı abidəsinin önündən keçməklə,  Sərdar İmrəliyevin küçəsi ilə davam edib. Əmək veteranları parkının qarşısından sonra Heydər Əliyev prospekti ilə daşınan məşəl 3,12 km-i əhatə edərək, Heydər Əliyev parkında qurulmuş səhnə önündə tamamlanıb.

 

Sonra, Bakı 2015 Alovu xocavəndli məcburi köçkünlər üçün, Beyləqan rayonu ərazisində salınmış Yeni Xocavənd qəsəbəsinə yollanıb.

 

Estafeti  tanınmış peşəkar döyüşçü pəhləvanlar Abbasov qardaşlarından biri başlayıb, digəri başa çatdırıb. Pankration, sambo, döyüş sambosu, ciu-citsu və əlbəyəxa döyüş növləri üzrə dünya çempionu Bəxtiyar Abbasov öncə qaçıb. Son məşəlçi pankration və döyüş sambosu üzrə dünya çempionu, GEFC Qarışıq Təkbətək Döyüşlər Beynəlxalq Liqasının vitse-prezidenti Şəhriyar Abbasov Bayraq meydanında quraşdırılmış səhnəyə qalxaraq, Bakı 2015-in rəmzi çırağını alovlandırıb.

Məşəl estafeti mayın 10-da Ağcabədiyə səyahətini başa vurduqdan sonra Ağdam rayonunun Quzanlı qəsəbəsində davam edəcək və orada möhtəşəm Alov Festivalı ilə daha bir günə yekun vurulacaq.

LENT

22 Mart 2019
21 Mart 2019

Digər xəbərlər >>>