Sizin link burada

Bu gün Vaqif Mustafazadənin doğum günüdür

Azərbaycanın görkəmli caz pianoçusu və bəstəkarı, ölkəmizdə caz musiqisinin banilərindən biri Vaqif Mustafazadənin bu gün doğum günüdür. Vaqif Mustafazadə Azərbaycan musiqisinin, muğamının klassik Amerikan caz musiqisi ilə sintezini yaradıb. Onun yeni devizi Caz-Muğam adlanır. O, Azərbaycan Muğam Caz Hərəkatının memarıdır. Mərhumun həyat yoldaşı Eliza Mustafazadə Azərbaycanın peşəkar caz-muğam tərzində oxuyan ilk qadın ifaçısıdır.

V. Mustafazadə 1940-cı il mart 16-da Bakıda İçəri şəhərdə anadan olub. 1963-cü ildə Asəf Zeynallı adına Bakı Musiqi Kollecini bitirib, Bakı Musiqi Akademiyasına daxil olub. Burada kiçik konsertlər verib və klublarda çıxış edib. Dəyərli sənətkar əsasən, klassik caz, bluz və oynaq mahnılar ifa edib. 


1964-cü ildən "Orero" ansamblına, "Qafqaz" caz üçlüyünə, "Leyli" və "Sevil" qadın vokal instrumental və "Muğam" instrumental ansambllarına rəhbərlik edib. Beynəlxalq caz müsabiqələri və festivallarının ("Tallin-66", "Tbilisi-78", Monte-Karlo) laureatı olub. Fortepiano və simfonik orkestr üçün konsertin, "Muğam" simfoniyasının (tamamlanmamış), bir sıra caz kompozisiyalarının və pyeslərin müəllifidir.

Qeyd edək ki, V.Mustafazadə 1979-cu il dekabrın 16-da Daşkənddə qastrol zamanı ürək tutmasından vəfat edib və Bakıda dəfn olunub. 
 

LENT

18 Oktyabr 2017
17 Oktyabr 2017

Digər xəbərlər >>>