Elnur "O səs Türkiyə"nin qalibi oldu! - YENİLƏNİB

Türkiyənin TV8 kanalında yayımlanan “O səs Türkiyə” musiqi müsabiqəsinin qalibi müəyyənləşdi.

Ailem.az-ın xəbərinə görə, yarışmanın qalibi hamının gözlədiyi kimi həmyerlimiz Elnur Hüseynov oldu. Elnur finalda yarışdığı 4 nəfərə tamaşaçıların göndərdiyi SMS-lərlə məğlub edərək müsabiqəni birinciliklə başa vurdu.

 

****

 

Bu gün Türkiyənin TV8 kanalında yayımlanan “O səs Türkiyə” müsabiqəsinin final mərhələsidir.

 

 

Ailem.az-ın xəbərinə görə, finalda yarışan 4 nəfərdən biri də həmyerlimiz Elnur Hüseynovdur. Yarışmanın final mərhələsində finalçılar əvvəlcə hərəyə iki mahnı ifa edəcək. Bunun ardınca 4 nəfərdən ən az SMS toplayanı yarışı tərk edəcək. Daha sonra yenidən hər iştirakçı bir mahnı ifa edəcək və yarışmanın qalibi müəyyənləşdiriləcək.

 

 

Həmyerlimiz Elnur Hüseynov ilk mahnısını səsləndirib.

 

 

 

LENT

22 Mart 2019
21 Mart 2019

Digər xəbərlər >>>