Bakının mərkəzində qadın kişini belə aldatdı

Bakıda daha bir dələduzluq faktı ilə bağlı polisə müraciət daxil olub. Lent.az-ın məlumatına görə, Səbail rayon Polis İdarəsinə müraciət edən Lənkəran rayon sakini, 1954-cü il təvəllüdlü Fərzəliyev Zaur Şahsevən oğlu bildirib ki, 2014-cü ilin yanvarında Niyazi küçəsi 1 ünvanının qarşısında (Dövlət Neft Şirkətinin mərkəzi ofisinin önü) Gülçöhrə adlı qadına 3140 manat pul verib. Z.Fərzəliyev qeyd edib ki, pulu qadına onu işə düzəltməsi üçün verib. Lakin həmin şəxs vədinə əməl etməyib və pulu qaytarmaqdan da imtina edib.

 

Müraciət əsasında araşdırmalar aparılır.

LENT

18 Avqust 2017

Digər xəbərlər >>>