Sizin link burada

Binəqədidə gənclər günü qeyd olunub

Binəqədi rayonunda 2 Fevral – Gənclər Günü münasibətilə “Təmiz Binəqədi” Gənclər Forumu keçirilib. Lent.az-ın məlumatına görə, Binəqədi Rayon İcra Hakimiyyətinin (RİH) inzibati binasında gerçəkləşən Forumda Binəqədi RİH-in başçısı Xaləddin İsgəndərov, millət vəkilləri Madər Musayev, Rafael Cəbrayılov, Prezident Administrasiyası (PA) İctimai-siyasi məsələlər şöbəsi gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Prezident yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev rayonun ictimai-mədəni həyatında fəal olan gənclər iştirak ediblər.

Binəqədi gənclərinin ötən il qazandıqları uğurlardan bəhs edən videoçarxın nümayişindən sonra Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov çıxış edib. RİH başçısı çıxışında gənclər sahəsindəki səmərəli dövlət siyasəti, əsası Ulu Öndər tərəfindən qoyulmuş gənclərə diqqət və qayğının hazırda möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla və böyük əzmkarlıqla davam etdirildiyini vurğulayıb. X.İsgəndərov Azərbaycan dövlətinin  və ölkə rəhbərinin yaratdığı münbit şəraitdən və qayğı mühitinin əhatəsində hər bir Azərbaycan gəncinin dövlət və cəmiyyət olaraq ölkəmizin mənafeləri naminə öz bilik və bacarıqlarını, yaradıcı potensiallarını nümayiş etdirmələrinin vacibliyini qeyd edib.

Sonra rayonun ictimai-mədəni həyatında aktivliyi ilə seçilən bir qrup gənc Binəqədi RİH-in fəxri fərmanları ilə təltif edilmiş, ötən ilki ənənənin davamı olaraq xüsusi fəallığı ilə seçilən bir nəfər gəncə isə Böyük Britaniyanın London Meredian Kollecinə iki həftəlik xarici dil kursunda iştirak etmək hədiyyə olunub.

Forum öz işini “Təmiz Binəqədi” Gənclər Forumunun iştirakçılarının Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevə müraciətinin oxunması ilə yekunlaşdırıb.

LENT

18 Dekabr 2017

Digər xəbərlər >>>