Arzularınızı Türkiyədə ALBALI PLUS-la reallaşdırın
AİLƏ KREDİTİ 18%- 50,000 AZN qədər

Bosniyalı baş məşqçi "Muğan"dan qovuldu

Futbol üzrə Unibank Premyer Liqasında çıxış edən Salyanın “Muğan” komandasında baş məşqçi istefası reallaşıb.

Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bosniyalı mütəxəssis Kemal Alispahiç ardıcıl uğursuz nəticələrdən sonra tutduğu vəzifədən kənarlaşdırılıb.

Alispahiçə komandanın müsbət nəticələr əldə etməsi üçün kifayət qədər vaxt və şans verilməsinə baxmayaraq o, etimadları doğrulda bilməyib. XII turda autsayder “Standard”a 0:1 hesablı məğlubiyyət klub rəhbərliyinin səbr kasasını daşırıb.

40 yaşlı mütəxəssis “Muğan”ın baş məşqçilik postuna 2009-cu ilin yayında keçmişdi və 5 ay komandanı çalışdırıb. Onun qovulmasından sonra baş məşqçi səlahiyyətlərini yardımçı məşqçi Almir Hurtiç yerinə yetirəcək. 1971-ci ildə Bosnyada anadan olan Hurtiç uzun müddət vətənində məşqçilik fəaliyyəti ilə məşğul olub. O, “Muğan”a Alispahiçlə birgə gəlib. Salyan təmsilçisi dekabrın 6-da “Simurq”la matça məhz Hurtiçin başçılığı altında çıxacaq.

Yazar

Lent.az

Oxunub

286 dəfə

Tarix

02.12.2009 / 20:42

Xəbər lenti



23 İyul 2014

22 İyul 2014

Online: 349