Sizin link burada

“Ən təmiz MKİS” müsabiqəsinə yekun vuruldu

Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən elan olunmuş “Ən təmiz MKİS” müsabiqəsinə yekun vurulub. Rayon icra hakimiyyətindən lent.az-a verilən xəbərə görə, mərasimdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının I müavini İlqar Süleymanov bildirib ki, 2015-ci ilin iyun-iyul aylarında Bakı şəhərində I Avropa Olimpiya Oyunlarının keçirilməsi ilə əlaqədar rayonda “Təmiz Binəqədi” layihəsinin həyata keçirilməsinə başlanıb: "Layihənin məqsədi bu gün burada əyləşən hər bir insana məlumdur. Rayon icra hakimiyyəti başçısının müvafiq sərəncamı ilə layihənin uğurla həyata keçirilməsi üçün Tədbirlər Planı tərtib edilmiş, icrasının təmini üçün müvafiq komissiya yaradılıb. Tədbirlər Planının II hissəsində rayon ərazisində "Ən təmiz obyekt", "Ən təmiz uşaq bağçası", "Nümunəvi səhiyyə müəssisəsi", "Ən təmiz məktəb", "Ən təmiz fərdi ev", "Polietilensiz gün" və digər müsabiqələrlə birlikdə bu gün təqdimatını keçirdiyiniz “Ən təmiz Mənzil Kommunal İstismar Sahəsi ərazisi" müsabiqəsinin təşkili də planlaşdırılmışdır. Mənzil Kommunal-Təsərrüfat Birliyi "Təmiz Binəqədi" layihəsi çərçivəsində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışır. Müsabiqənin keçirildiyi müddətdə rayon ərazisində fəaliyyət göstərən bütün mənzil-kommunal istismar sahələri  üzərlərinə  düşən vəzifələri layiqincə yerinə  yetirmişlər. Qaliblər məlumdur, onları ürəkdən təbrik edir, cansağlığı və işlərində uğurlar arzulayıram".

 

Sonra qaliblərin təltif olunması mərasimi keçirilmib. Yekun qərara görə, müsabiqənin qalibi 8-ci mikrorayonda yerləşən 1 saylı Mənzil-Kommunal İstismar Sahəsi olmuşdur. II yerə 7-ci mikrorayonda fəaliyyət göstərən  80, III yerə isə 9-cu mikrorayonda fəaliyyət göstərən 95 saylı MKİS layiq görülmüşdür. 9-cu mikrorayonun ərazisində yerləşən 108 və 92 saylı mənzil-kommunal istismar sahələrinə isə həvəsləndirici mükafatlar təqdim olunmuşdur. Binəqədi Rayon MKTB-nin rəis müavini Qasım Əbdürəhmanlı, Birliyin baş mühəndisi Vəli Əliyev, təmizlik üzrə sahə rəisi İbadulla Qəhrəmanov, 2 sürücü və 8 süpürgəçi fəxri fərmanlarla təltif edilib.

 

Xatırladaq ki, müsabiqənin şərtlərinə əsasən, I yer üçün 2000 manat, II yer üçün 1500 manat, III yer üçün 1000 manat məbləğində mükafat müəyyənləşdirilmişdi.   

LENT

18 Oktyabr 2017
17 Oktyabr 2017

Digər xəbərlər >>>