Sizin link burada

Azər Mirzəyev vəfat etdi

Aktyorun ürək tutmasından dünyasını dəyişdiyi bildirilir

Əməkdar artist Azər Mirzəyev vəfat edib. 

Lent.az-ın məlumatına görə, bu barədə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Elnur Kərimov “İnstagram” səhifəsində yazıb: “Azər Mirzəyev, Allah rəhmət eləsin”.

Aktyorun ürək tutmasından dünyasını dəyişdiyi bildirilir. 62 yaşında dünyasını dəyişən aktyorun cənazəsi böyüdüyü Sabirabad rayonunda torpağa tapşırılacaq.

Qeyd edək ki, Azər Mirzəyev 1952-ci il may ayının 12-də Zərdab rayonunda müəllim ailəsində anadan olub. Atasının işi ilə əlaqədar olaraq sonradan ailəsilə Sabirabad rayonuna köçən Azər orta məktəbi burda başa vurub və 1968-ci ildə SSRİ xalq artisti Ədil İsgəndərovun rəhbərliyi altında "Azərbaycanfilm"in nəzdində fəaliyyət göstərən kino aktyorluğu studiyasına qəbul olunub.

 

LENT

23 Oktyabr 2017
22 Oktyabr 2017

Digər xəbərlər >>>