Krım tatarları qayıdış üzrə nazirlik yaradılmasını istəyir

Krımda  Rusiyanın hakimiyyətinin legitimliyini tanımayan tatarlar rəsmi Kiyevi Ukraynanın tərkibində qayıdışla məşğul olacaq Krım məsələləri üzrə nazirlik yaratmağa çağırıblar.

 

Lent.az-ın “nyusru”-ya istinadən məlumatına görə, Krım Tatarları məclisinin sədri Refat Çubarov deyib ki, məsələ ilə bağlı Ukraynanın xarici işlər naziri Pavel Klimkinlə görüşüb. Onunla söhbət zamanı müsəlman dövlətləri ilə əməkdaşlığın gücləndirilməsini müzakirə etdiklərini bildirib.

 

Məclis sədri onu da xatırladıb ki, əgər Ukrayna hakimiyyəti 2005-ci ildə İslam Əməkdaşlıq Təşkilatına müşahidəçi kimi daxil olsa idi, indiki bir sıra problemləri həll edə bilərdi. 

LENT

22 Mart 2019
21 Mart 2019

Digər xəbərlər >>>