Xocalı soyqırımını ABŞ-ın daha bir ştatı tanıyıb - YENİLƏNİB

 

 

Martın 3-də ABŞ-ın İndiana ştatının Senatında Xocalı faciəsinin 22-ci ildönümünə həsr olunmuş Qətnamə qəbul olunub.


 

Azərbaycanın ABŞ-dakı səfirliyindən Lent.az-a verilən məlumata görə, sənəddə 1992-ci ilin 25-26 fevral tarixlərində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Xocalı şəhərini işğal etməsi və burada 600-dən çox günahsız insanın, o cümlədən çoxsaylı qadın və uşaqların qətlə yetirilməsi qeyd olunub.

 

Qətnamədə bildirilib ki, Azərbaycan Respublikasının əraziləri, BMT Baş Məclisi və Təhlükəsizlik Şurasının bunu qəti şəkildə pisləyən qətnamələrinə baxmayaraq,  bu günədək Ermənistanın işğalı altındadır.

 

Qətnamənin surətinin ABŞ Prezidenti, Senatı, Nümayəndələr Palatası, Dövlət Departamenti və Bakıdakı səfirliyinə göndəriləcəyi qeyd olunub.

 

Beləliklə, İndiana Xocalı soyqırımını tanıyan ABŞ-ın 15-ci ştatı oldu.  

 

Xatırladaq ki, keçən il Texas, Nyu-Meksiko, Tennessi, Oklahoma və Pensilvaniya ştatları Xocalı soyqırımına həsr olunmuş qətnamə qəbul edilib.  

 

LENT

23 May 2019

Digər xəbərlər >>>