ALBALI PLUS–ARZULARI REALLAŞDIRAN KART!
BOLKART: ƏN ÇOX İSTİFADƏÇİSİ OLAN KREDİT KARTI
HƏMKARIM krediti- annutet 15%

“Azadlıq” qəzeti çapını dayandırdı

“Azərbaycan” nəşriyyatı ona olan borcunu ödəyə bilmədiyi üçün “Azadlıq” qəzetinin çapını dayandırıb.  Lent.az-ın məlumatına görə, qəzet noyabrın 13-dən etibarən satışda olmayacaq. Qəzetin çapını nə vaxt bərpa edə biləcəyi məlum deyil.
“Azərbaycan” nəşriyyatı “Azadlıq” qəzetinə 24 min manat borcunu ödəmək üçün noyabrın 12-nə qədər vaxt vermişdi. Vaxt tamam olduğundan qəzetin rəhbərliyi noyabrın 12-də nəşriyyatın rəhbərliyi ilə görüşüb, məlum səbəblərdən maliyyə vəsaitinin olmadığını bildirib və mümkündürsə, əlavə möhlət verilməsini istəyib. Nəşriyyat rəhbərliyi də özlərinin maliyyə çətinlikləri ilə əlaqədar möhlət verə bilməyəcəklərini deyib və yığılmış borcun (ən azı əhəmiyyətli bir hissəsinin) ödənilməsini tələb edib.
Beləliklə, nəşriyyata olan borcunu ödəyə bilmədiyi üçün qəzetin çapı dayandırılıb. 
 

Yazar

Lent.az

Oxunub

449 dəfə

Tarix

12.11.2013 / 18:24

Xəbər lenti



21 Aprel 2014

20 Aprel 2014

Online: 2555