ALBALI PLUS-dan YENİ İL HƏDİYYƏSİ
Sizin link burada

Tunisli qızlar «seks cihadı»na cəlb edilir

Tunisin daxili işlər naziri Lütfü bin-Ceddo bildirib ki, tunisli gənc qızları «seks cihadı» adı altında 20, 30 və ya 100 nəfərlik «cihadçı yaraqlılara» «satılır», onların çoxu ölkəyə hamilə olaraq, dönürlər.

 

Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, bu haqda «əl-Ərəbiyyə» qəzeti xəbər dərc edib.

 

Mənbə xatırladıb ki,bu ilin aprelində Tunisini o vaxtkı müftisi Şeyx Osman Battıh bildirmişdi ki, tunisli qızlar aldadılaraq, «seks xidməti üçün» Suriyadakı yaraqlılara aparılıb. O, bunu «fahişəliyə sövq edilmə» adlandırmışdı.

 

 

Avqustda isə ictimai təhlükəsizlik xidmətinin başçısı Mustafa bin-Ömər ölkənin şərqində «əl-Qaidə»-yə bağlı olan bir qrupa məxsus «seks cihadı» mərkəzi aşkar edilərək, bağlandığını bildirmişdi.

 

Nazir vurğulayıb ki, bu ilin martından Tunis-Suriya arasında «cihadçı» adı ilə get-gəl edən 6 min nəfərin səyahəti yasaqlanıb, 86 nəfər isə tutulub: «Onlar gənclərimizə cəbhədə vəzifə verir, Suriya kəndlərinə basqınların, oradakı insanları yağmalamağın yollarını öyrədirlər».

 

 

Yazar

Lent.az

Oxunub

2280 dəfə

Tarix

21.09.2013 / 07:12

Xəbər lenti



27 Noyabr 2014

26 Noyabr 2014

Online: 1682