Sizin link burada

Mourinyo Adrianonu ikinci dəfə məşqdən qovdu

Braziliya milli komandasının futbolçusu Adriano yenidən İtaliyanın “İnter” klubunun baş məşqçisi Joze Mourinyonun qəzəbinə tuş gəlib.
Lent.az-ın “Channel4”ə istinadən məlumatına görə, portuqaliyalı mütəxəssis 26 yaşlı hücumçunu bu mövsüm ikinci dəfə məşqə buraxmayıb.

Çempionlar Liqasının qrup mərhələsinin son turu çərçivəsində Almaniya “Verder”i ilə qarşılaşmada əvəzlənməsi Adrianonun etirazı ilə qarşılanıb. O, oyunun ertəsi günü bütün gecəni şəhərdə gəzib. Nəticədə, komandasının növbəti gün yerli vaxtla səhər saat 10:30-a təyin olunan məşqinə yorğun görkəmdə qatılıb. Bunu görən J.Mourinyo Adrianonu dərhal evinə göndərib. Bununla da braziliyalı forvardın “İnter”də qalıb-qalmayacağı məsələsi yenidən akyuallaşıb.

Qeyd edək ki, portuqaliyalı baş məşqçi bir müddət öncə də gecikdiyi üçün Adrianonu məşqdən qovmuşdu. Bundan sonra hücumçu xəstəliyini səbəb göstərərək komandasının məşqlərinə qatılmaqdan imtina etmişdi.

LENT

23 May 2018

Digər xəbərlər >>>