İlham Mustafayev işdən çıxarılması xəbərinə münasibət bildirdi

“Başqa bir vəzifəyə təyin olunmuşam...amma”

 

Təhsil Nazirliyinin idarə rəisi İlham Mustafayev işdən çıxarılması xəbərinə münasibət bildirib. İ. Mustafayev Lent.az-a açıqlamasında ilk öncə başqa bir vəzifəyə keçdiyini bildirdi: “Başqa bir vəzifəyə təyin olunmuşam”. Lakin idarə rəisi dəqiq hansı vəzifəyə təyin olunduğunu açıqlamayıb və hər şeyin yaxın 2-3 gün ərzində açıqlanacağını bildirib.

 

Qeyd edək ki, təhsil naziri Mikayıl Cabbarovun daha bir idarə rəisini işdən çıxardığı deyilir. Etibarlı mənbənin musavat.com-a verdiyi məlumata görə, adı bir neçə aydır mətbuatda hallanan Təhsil Nazirliyinin ali və orta ixtisas təhsili idarəsinin rəisi İlham Mustafayev vəzifəsindən azad edilib.

LENT

28 İyul 2016
27 İyul 2016

Digər xəbərlər >>>