Gürcüstanda Müqəddəs Ramazan ayı tədbirləri keçirilir

İulun 20-də azərbaycanlıların kompakt yaşadığı Keşəli kəndində Azərbaycanın Gürcüstandakı səfirliyinin və ARDNŞ-in Gürcüstan nümayəndəliyinin dəstəyi ilə  iftar məclisi təşkil olunub. APA-nın Gürcüstan bürosunun məlumatına görə, iftar məclisinin başlanılmasına az qalmış müğənni Xəlil Qaraçöplü azan verib və sonra müsəlmanlar iftar süfrəsinə oturaraq, müxtəlif təamlardan dadıb. Tədbirdə Gürcüstan Aşıqlar Birliyinin sədri Osman Əhmədoğlu, Azərbaycan səfirliyinin müşaviri İsrail Əhmədov,  I Kosalı orta məktəbinin müəllimi Osman Əliyev, Kosalı kənd sakini Yusif Mollaqğlu, tarix elmləri doktoru, professor Quram Marxuliya və başqa ziyalılar çıxış edərək, Müqəddəs Ramazan bayramı münasibətilə bütün müsəlmanları təbrik ediblər. Tədbirdə Gürcüstanın baş naziri Bidzina İvanişvilinin də Müqəddəs Ramazan münasibətilə müsəlmanları təbrik etdiyi vurğulanıb. Çıxış edənlər qeyd ediblər ki, Müqəddəs Ramazan bayramı on bir ayın sultanı və saf ayıdır. “Ramazan insanları birləşdirir, barışdırır və bu müqəddəs ay dinə qayıdışdır”.

Sonra tədbirdə dini mahnılar səslənidirilib. İftar məclisində Qaraçöpdən gələn istedadlı müğənni Xəlil Qaraçöpün gözəl ifaçılıq məharətilə oxuduğu dini mahnılar alqışlarla qarşılanıb. Tədbirdə istedadlı Borçalı aşığı Elşad  Əfəndi, gənc müğənni Fikrət Hacıyev ifa etdikləri mahnıları ilə mərasimə rəng qatıblar.

İftar məclisində Qaraçöpdən, Marneulidən, Qardabanidən, Tiflisdən dini qurumlar, gənclər, ziyalılar, qonaqlar, Azərbaycan səfirliyinin və ARDNŞ-in Gürcüstan nümayəndəliyinin əməkdaşları, jurnalistlər  iştirak ediblər,  dualar oxuyublar.

Qeyd edək ki, ARDNŞ-in Gürcüstan nümayəndəliyinin dəstəyi ilə Mqəddəs Ramazan bayramına həsr olunan silsilə tədbirlər sərhəd kəndi Sadaxlıda, Dmanisinin Hamamlı kəndində, Bolnisinin Arıxlı kəndində yüksək səviyyədə keçirilib və sabah növbəti iftar məclisi  azərbaycanlıların kompakt yaşadığı Zalqanın Ərcivan-Sarvan kəndində, daha sonra Qardabani, Msxeta, Laqodexi, Saqareco, Telavi rayonlarının azərbaycanlılar yaşayan kəndlərində və sonda  Rustavi  və Tiflis şəhərlərində  keçiriləcək, dini mövzuda poeziya və musiqi nümunələri təqdim olunacaq. 

 

LENT

22 Mart 2019
21 Mart 2019

Digər xəbərlər >>>