Sizin link burada

Gəncədə türkiyəli həkimlərin iştirakı ilə konfrans keçirilib

40-a yaxın türkiyəli mütəxəssis öz təcrübələrini Azərbaycanın tibb işçiləri ilə bölüşür
Bu gün Gəncədə Türkiyə və Azərbaycan alimlərin birgə konfransı keçirilib. Tibb işçiləri üçün qaraciyər və pankreas xəstəliklərinin diaqnostikası, müalicəsinə həsr olunan beynəlxalq konfrans bölgədə ilk belə tədbirdir. Konfrans sabah da davam edəcək.

Səhiyyə Nazirliyindən Lent.az-a bildiriblər ki, konfransın Gəncədə keçirilməsində məqsəd bölgələrdəki tibb işçilərini də dünyada qaraciyər və pankreas xəstəliklərinin diaqnostikası, müalicəsinə dair yeniliklərlə tanış etməkdir. Konfransda Tərtər, Bərdə, Yevlax, Qazax, Tovuz, Şəmkir, ümumilikdə ölkənin qərb bölgəsinin 8 şəhər və rayondan da tibb işçiləri iştirak edir.

Noyabrın 29-da isə konfrans Bakıda davam edəcək. Nazirlikdə bildirirlər ki, tədbirə Türkiyədən 30 cərrah, qastroenteroloq və infeksionist həkim, habelə endoskopik cərrahiyyə sahəsində təcrübəyə malik 7 tibb bacısı dəvət olunub. Onlar Gəncə və Bakıda həmkarları qarşısında qaraciyər xəstəliklərinin diaqnostikası, müalicəsi sahəsində yeniliklərə dair mühazirələr oxuyur. Ümumilikdə isə konfransda İstanbuldakı Tibb və Ankaradakı Qazi Universitetlərinin bu sahədə tanınmış professorlarının 14, azərbaycanlı alimlərin 3 mühazirəsi dinləniləcək.

Beynəlxalq konfrans statusu daşıyan tədbir Səhiyyə Nazirliyi, Türkiyənin Qastroenteroloyi Vəqfi, Azərbaycan Cərrahlar və Qastroenteroloqları Cəmiyyəti, Azərbaycanın və Türkdilli Ölkələrin Əməkdaşlıq Mərkəzi və Türkiyənin “Sanovel” şirkətinin birgə təşkilatçılığı ilə keçirilir.

Elxan SALAHOV

LENT

23 Oktyabr 2017
22 Oktyabr 2017

Digər xəbərlər >>>