ALBALI PLUS–ARZULARI REALLAŞDIRAN KART!
BOLKART: ƏN ÇOX İSTİFADƏÇİSİ OLAN KREDİT KARTI
HƏMKARIM krediti- annutet 15%

Qurban Məmmədov həbs olundu - YENİLƏNİB

Vəkil  Qurban Məmmədov həbs edilib. Bu barədə APA-ya vəkilin köməkçisi Ramin Allahverdiyev məlumat verib.   

 

R.Allahverdiyevin sözlərinə görə, vəkil Qurban Məmmədov barəsində Cinayət Məcəlləsinin 263.1 (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə ittiham irəli sürülüb.

 

Q. Məmmədov barəsində Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

 

***

18.56

Vəkil Qurban Məmmədov saxlanılıb.

 

Lent.az-ın məlumatına görə, bu barədə onun həmkarı Namizəd Səfərov sosial şəbəkədə xəbər paylaşıb.

Qurban Məmmədovun bacısı oğlu Vüqar Məmmədov müxbirimizlə söhbətində bildirib ki, vəkil barəsində həbs qərarı çıxarmaq üçün Nəsimi rayon məhkəməsinə aparılıb.

 

Vüqar bəyin dediyinə görə, Qurban Məmmədov ötən ilin sentyabrında dayanacaqda işləyən bir nəfərin ayağını zədələməkdə günahkar sayılır. “Amma həmin adam çoxdan müalicə olunub və sağalıb”, - deyə o bildirib.

 

Oxunub

2457 dəfə

Tarix

04.06.2013 / 21:56

Xəbər lenti



17 Aprel 2014

Online: 890