ALBALI PLUS - ARZULAR REALLAŞIR
Sizin link burada

"Evrovision-2013" mahnı müsabiqəsində dəyişikliklər edildi

 

İsveçdə Avropa Yayımları Birliyi və "Eurovision-2013" mahnı müsabiqəsinin İsveç komitəsi bu ilki müsabiqəyə həsr olunmuş birgə mətbuat konfransı keçiriblər.

 

APA-nın İsveçdə olan müxbirinin verdiyi xəbərə görə, konfransda "Eurovision" mahnı müsabiqəsinin icraedici rəhbəri Yan Ola Sand, müsabiqənin təşkilati məsələlər üzrə direktoru Sietse Bakker, icraedici prodüser Martin Osterdahl, şou prodüseri Krister Byorkman və başqaları iştirak ediblər.

 

Yan Ola Sand İsveçin "Eurovision" mahnı müsabiqəsinə bir neçə dəfə ev sahibliyi etdiyini, yarışmada bu il 39 ölkənin təmsil olunduğunu bildirib. O, builki səsvermədə baş verən bəzi dəyişiklikləri müsabiqənin işçi qrupunun həyata keçirdiyini deyib.

 

Bu il həmçinin iştirakçı ölkələrin müraciəti əsasında məşqlərə ayrılan vaxt azaldılıb.

 

Y. Sand qeyd edib ki, EBU iştirakçı ölkələrdən istəniləninin yarışmaya ev sahibliyi etməsini dəstəkləyir: "Ölkənin zəngin mədəniyyəti varsa, bunun dünyaya çatdırılmasında biz əlimizdən gələni etməyə hazırıq. Bu istiqamətdə bəzi işlər görməyi planlaşdırırıq".

 

Müsabiqənin təşkilati məsələlər üzrə rəhbəri Sietse Bakker isə tədbiri  sosial şəbəkələrdən izləyənlərin sayının artdığını qeyd edib.

 

Qeyd edək ki, ötən il müsabiqənin qalibi olmuş İsveç bu il 16-cı nömrə ilə çıxış edəcək.

 

Yazar

Lent.az

Oxunub

2337 dəfə

Tarix

13.05.2013 / 02:40


Xəbər lenti



27 May 2015

26 May 2015

Online: 1340