ALBALI PLUS–ARZULARI REALLAŞDIRAN KART!
BOLKART: ƏN ÇOX İSTİFADƏÇİSİ OLAN KREDİT KARTI
HƏMKARIM krediti- annutet 15%

“Lotu Quli” öldürülsə, Vaqif Marneulski “Qaqaş”ı məhv edəcək”

Hikmətin ölümündən sonra bütün səlahiyyətləri ələ alan Vaqif Marneulski indi Xakasiyanın Abakan şəhərində həbsxanadadır

Bir neçə gün öncə Lent.az-da “Avtoritetlərin “Lotu Quli”ni öldürmək planı” adlı yazı gedib. Həmin yazıda Bakıdakı 8 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan “Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifovun kriminal avtoritetlərin qəzəbinə tuş gəldiyi, onun qətlinə fərman verildiyi bildirilib. Lent.az-ın e-mail ünvanına göndərilən məktubda “Lotu Quli” ni öldürmək tapşırığını “Lotu Mamed” adı ilə tanınan avtoritetin verdiyi yazılıb.

Bu məsələ ilə bağlı Lent.az-ın e-mail ünvanına daha bir məktub gəlib. Həmin məktubda son günlər “Lotu Quli” haqqında müxtəlif informasiyaların yayıldığı qeyd olunub. Bildirilir ki, “Lotu Quli” hazırda Azərbaycanda həbsxanalarındakı yeganə “qanuni oğru”dur və bunu kriminal aləmin daxilindəki durumu bilən müxtəlif mənbələr təsdiq edir.

Məktubda N. Səlifovun zəmanəsinin ən hörmətli qanuni oğrusu olduğu və ona bu adın kriminal aləmin əfsanəvi insanları olan gürcü lotular tərəfindən verildiyi bildirilir. Məktubda yazılıb ki, “Quli” sözü gürcü dilində “ürək” və ya “ürəkli”, “cəsarətli” deməkdir. Əslən Gürcüstanın Marneuli rayonundan olan N.Səlifov Rusiyada fəaliyyət göstərən məşhur “Marneuli OPQ” adlı mütəşəkkil cinayətkar dəstənin üzvüdür.

Məktubda göstərilib ki, “Lotu Quli”yə qarşı təzyiqlər qanuni oğru Otar Bədəlovun (Otar Marneulski) ölümündən sonra başlayıb. Belə ki, 2003-cü il martın 21-də Moskvadakı “Sushi” adlı barda naməlum şəxslər tərəfindən güllələnən Otar Marneuliskinin kim tərəfindən qətlə yetirilməsi xeyli müddət aydınlaşmayıb. Aradan xeyli vaxt keçəndən sonra qətli Hikmətin törətdiyi məlum olub: “Bundan sonra “Marneuli OPQ” Otarın qanını yerdə qoymamaq üçün bir neçə azərbaycanlı avtoriteti qətlə yetirib, bu, hələ davam etməkdədir”.

Məktubda hazırda Rusiyada azərbaycanlıların arasında 2 “qanuni oğru”nun olduğu yazılıb: “Onların hər ikisi əslən Gürcüstanın Marneuli rayonundan olan - Vaqif Süleymanov (Vaqif Marneulski) və Baxış Alıyev (Vaxa Marneulski)dir. “Marneuli OPQ”-nin fəal üzvləri olan hər iki qanuni oğru “Lotu Quli”nin yaxın adamlarıdır. Vaqif Marneulski hazırda Azərbaycan kriminal aləminin “Xaç atası” hesab olunur. Hikmətin ölümündən sonra bütün səlahiyyətləri ələ alan Vaqif Marneulski indi Xakasiyanın Abakan şəhərində həbsxanadadır. Bütün azərbaycanlı avtoritetlərə ad verilməsi onun səlahiyyətindədir. “Lotu Quli”nin yaxını hesab olunan Vaqif Marneulski nəinki “Gəncəli Qaqaş”, hətta digər məşhur avtoritetləri də məhv etmək imkanına sahibdir. O səbəbdən də Marneuli qrupu hazırda kriminal aləmdə daha güclü hesab olunur və “Lotu Quli”nin öldürülməsi bütün kriminal aləmi bir birinə qata bilər, hətta Rusiyada yaşayan azərbaycanlılar üçün ciddi problem yaradar”.

Redaksiyadan: Biz elektron ünvanımıza daxil olan məlumatların həqiqəti nə dərəcədə dəqiq əks etdirdiyini deyə bilmərik. Sadəcə, mövzu maraqlı olduğundan və oxucuların diqqətini çəkdiyindən bu mövzuya və onunla bağlı bizə göndərilən məktublara yer ayırırıq.

Yazar

Lent.az

Oxunub

4294 dəfə

Tarix

10.11.2008 / 15:13

Xəbər lenti



19 Aprel 2014

18 Aprel 2014

Online: 1335