ALBALI PLUS – ARZULARI REALLAŞDIRAN KART!
Biznes Dostu 14% - 500,000 AZN qədər

“Azadlıq” qəzeti Ramil Usubov və Kəmaləddin Heydərovdan üzr istədi

“Azadlıq” qəzeti daxili işlər naziri Ramil Usubov və fövqəladə hallar naziri Kəmaləddin Heydərovdan üzr istəyib.


Lent.az-ın məlumatına görə, bu barədə “Azadlıq” qəzetinin 12 mart tarixli sayında təkzib  dərc edilib. Təkzibdə deyilir ki, "Azadıq qəzeti"nin 1 mart sayında “Ramil Usubov Kəmaləddin Heydərova qəzəblənib” yazısında qeyri-dəqiq ifadələrə yol verilib və nəticədə həqiqətə uyğun olmayan bir sıra məqamlar yer alıb: “Bunu nəzərə alaraq yazını təkzib edir, oxuculardan və adı çəkilən məmurlardan üzrxahlıq edirik”.

Xatırladaq ki, bir qədər əvvəl  Ramil Usubov və Kəmaləddin Heydərov “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidi məhkəməyə veriblər. Nazirlər “Ramil Usubov Kəmaləddin Heydərova qəzəblənib” yazısına görə baş redaktorun Cinayət Məcəlləsinin 147-ci maddəsi (Böhtan) ilə məsuliyyətə cəlb olunmasını istəyiblər.

 

Yazar

Lent.az

Oxunub

2055 dəfə

Tarix

12.03.2013 / 12:56

Xəbər lenti



31 Avqust 2014

30 Avqust 2014

29 Avqust 2014

Online: 1576