SİZ HARDA – ALBALI PLUS ORDA!

Qazaxıstanda erməni baş məşqçiyə qucaq açdılar

Qazaxıstan Premyer Liqasında mübarizə aparan “Akjayık” futbol komandasının baş məşqçi postuna Poqos Qalstyan təyin edilib. Lent.az-ın məlumatına görə, 52 yaşlı erməni mütəxəssisin son iş yeri Rusiyanın həvəskarlardan ibarət “Nika” komandası olub.

Əvvəllər isə Qalstyan Rusiyanın “Luç Energiya” və “Kuban” komandalarında köməkçi-məşqçi kimi çalışıb. Qazaxıstan çempionatı martın 9-da start götürəcək.   

 

 

Qeyd edək ki, Poqos Qalstyan futbolçu kimi 1985-ci ildə Xankəndinin “Qarabağ” komandasında da çıxış edib.

 

Yazar

Lent.az

Oxunub

702 dəfə

Tarix

27.02.2013 / 12:56

Xəbər lenti



01 Noyabr 2014

31 Oktyabr 2014

Online: 1198