Berti Foqts:“Mən oyundan razı qala bilmərəm"

“Biz növbəti Avropa çempionatının final mərhələsinə çıxmağı qarşımıza hədəf kimi qoymuşuq”. Bunu apasport.az saytının Dubaya ezam olunmuş əməkdaşına Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts deyib.

Foqts millimizin Lixtenşteynlə yoldaşlıq oyunundan sonra jurnalistlərə qısa açıqlama verib. Almaniyalı çalışdırıcı qələbə qazanmalarına baxmayaraq, yetirmələrindən razı qalmayıb: “Mən oyundan razı qala bilmərəm. Çünki daha çox qol vurmalı idik. Bizi final mərhələsinə düşmək uğrunda mübarizədə güclü rəqiblərlə sınaq gözləyir. Buna görə də bəzən futbolçulardan çox şey tələb edirəm. Sağ cinahda bu gün Bədavi Hüseynov çıxış etdi. Gələcəkdə də ondan bu mövqedə yararlana bilərəm”.

Foqtsun penalti epizodunun qaçırılmasına reaksiyası isə belə olub: “Rəşad Sadiqov başa düşməlidir ki, belə bir vəziyyətdə risk etmək olmaz. Əminəm ki, o hər şeyi başa düşür. Bəlkə elə başa düşürdü ki, belə qol vurmaq olar. Ancaq növbəti matçlarda daha diqqətli olmalıdır”.
 

LENT

21 May 2019
20 May 2019

Digər xəbərlər >>>